Haqqımızda

Phobia Games — qorxu və əyləncə janrında Azərbaycanda yeni bir dövrün başlanğıcıdır. Şirkətimiz 21 mart 2023-cü il tarixində İçərişəhər filialımızın açılışı ilə fəaliyyətə başladı və insanların bizə göstərdiyi böyük maraq sayəsində çox qısa zamanda sürətlə böyüdü. Hazırda Phobia Games ailəsi 4 fərqli filial və 8 unikal oyundan ibarətdir. Hər bir oyun fərqli ssenari, unikal atmosfer və seçilən məntiq və qorxu səviyyələri ilə oyunçulara unudulmaz təcrübə yaşadır. Bizi fərqləndirən əsas cəhətlərdən biri də budur: oyunçular oyunun qorxu və məntiq səviyyəsini özləri seçirlər. Bu isə hər kəsə öz zövqünə uyğun bir oyun təcrübəsi təqdim edir. Phobia Games həmçinin Azərbaycanda ilk qorxulu kino təcrübəsi olan “Phobia Cinema” layihəsini reallaşdırmaqla bu sahədə yenilikçi addımlar atmağa davam edir. Burada sadəcə film izləmirsiniz – filmin içində yaşayırsınız. Bizim əsas məqsədimiz hər oyunda fərqli emosiyalar yaratmaq, insanlara gündəlik həyatın stressindən çıxaraq adrenalin dolu anlar yaşatmaqdır.